Xəbər verildiyi kimi, İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı genişmiqyaslı quru əməliyyatına başlayıb. Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Dünyanın aparıcı medi orqanları İsrailin quru əməliyyatlarıyla bağlı təhlillər dərc edərək, “İsrailin HƏMAS-a qarşı başlatdığı quru hücumu uğurlu olacaqmı?” sualına cavab tapmağa çalışıblar.
Böyük Britaniyanın “The Guardian” nəşri yazır ki, İsrail ordusu texnologiya, silah sistemləri və logistika baxımından böyük üstünlüyə malik olsa da, HƏMAS Qəzzanın coğrafi üstünlüyündən yararlana bilər. Nəşr Qəzzanın coğrafi quruluşunun çoxnövlü hücum əməliyyatları üçün əlverişsiz olduğunu, bu səbəbdən İsrail Müdafiə Qüvvələrinin məcburən eyni taktikadan istifadə etməli olduğunu vurğulayıb.
“Qəzzanın uzaq şimalında, Erez keçidinin yaxınlığında və Bureyc ətrafında, eləcə də şərq tərəfdə Xan Yunus bölgəsində tankların və zirehli texnikaların daha rahat hərəkət edə və atəş mövqeləri tuta biləcəyi sahələr var. HƏMAS bu marşrutlardan xəbərdardır və bu səbəbdən də əsas müdafiə xəttini orada quracaq”,-nəşr qeyd edib.
İsrailin şəhərlərə girib-girməyəcəyinə cavab axtaran “The Guardian”, İsrail Qüvvələrinin 2014-cü ildəki qarşıdurmalar zamanı Şuceiya qəsəbəsində 13 əsgərini itirdiyini xatırladıb və HƏMAS-ın sahib olduğu kornet raketlərindən bəhs edib. Bu tip raketlərin hədəfi vurmaq üçün lazer yönləndirmə sisteminə malik olduğu, uçuş məsafəsisinin 5,5 kilometrə qədər çatdığı bildirilib.
B. Britaniya nəşri əlavə edib ki, İsrailə qarşı mübarizədə böyük təcrübəyə malik olan HƏMAS-ın İsrailin döyüş tərzini yaxından bilən və İsrail Ordusunu dərindən öyrənən təcrübəli kadrları var. Bundan əlavə, HƏMAS-ın illər ərzində genişləndirdiyi, kommunikasiya sistemləri ilə təchiz etdiyi yeraltı tunellər, İsrailin qarşılaşacağı ən böyük problem kimi ifadə edilib.
Böyük Britaniyanın digər nəşri “Telegraph” isə genişmiqyaslı quru hücumlarının yüz minlərlə əsgər tələb edə biləcəyini yazıb. Livandakı Hizbullah kimi qrupların döyüşə qoşulma riskinin olduğunu bildirən nəşr, mümkün quru hücumunun 2014-cü il əməliyyatından çox daha uzun sürə biləcəyini, həftələrlə, hətta aylarla davam edəcəyini yazıb.
B. Britaniyanın “Financial Times” nəşri isə quru hücumları nəticəsidə hər iki tərəfdən də çoxlu sayda insanın həlak ola biləciyini qeyd edib.“AzPolitika.info”