AZ

Yaponiya iqtisadiyyatı beş ildə ilk dəfə tənəzzülə uğradı

Yaponiya iqtisadiyyatı 2023-cü ilin dördüncü rübündə tənəzzülə uğrayıb. Bu, son beş ildə ilk dəfə baş verib.

Valyuta.az xəbər verir ki, bu barədə Yaponiya Statistika Xidmətinin saytında dərc olunan məlumatlarda bildirlir.

Texniki tənəzzül (resessiya) bir ölkənin ÜDM-nin iki rüb ardıcıl olaraq azalmasıdır. İyul-sentyabr aylarında Yaponiyanın real ÜDM-də azalma əvvəlki rüblə müqayisədə 0,8%, oktyabr-dekabr aylarında isə 0,1% təşkil edib.

Ölkədə analoji tənəzzül dövrləri 2001, 2008-2009, 2012 və 2018-ci illərdə də qeydə alınıb.

Nəticədə Yaponiya dünyanın üçüncü iqtisadiyyatı olaraq yerini Almaniyaya verib. Ötən ilin sonunda Yaponiyanın ÜDM-i dollar ifadəsində 4,21 trilyon dollar, Almaniyada 4,46 trilyon dollar təşkil edib.

Nicat

Seçilən
308
15
valyuta.az

10Mənbələr