“Dünya birliyinin terrora ikili münasibəti çox pis fəsadlar törədir. Bütövlükdə bir çox xalqların faciəsi ilə nəticələnir. Bu Azərbaycanlıların da başına gəldi.”- bu fikirləri Real Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, dünya ölkələrinin bu cür ikili yanaşması qəbuledilməzdir.
“Dünyada bu cür terrorun sayı olduqca çox olub. Amma nədənsə dünyanın aparıcı ölkələri çox zaman susqunluq nümayiş etdirib. Böyük dövlətlər bir çox hallarda məhz terroru dəstəkləyirlər. Bunu sübut edəcək çoxsaylı faktlar var.”-deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videomatrealda: