Ulusal.az xəbər verir ki, Almaniyanın aparıcı ekspertlərindən biri olan Rebekka Şönenbax Bild-ə müsahibəsində bildirib ki, HƏMAS-ın əsas sponsorları Tehran və Dohadır.
“İran İslami Cihad və HƏMAS kimi terror qruplaşmalarını dəstəkləyir və hər il təxminən 100 milyon dollar verir. Qətərin ayda 30 milyon dollara qədər pul köçürməsinə dair sübutlar da var”, – Şönenbax qeyd edib. Onun sözlərinə görə, HƏMAS-ın üçüncü mühüm tərəfdaşı Rusiyadır.
“O, İranı fəal şəkildə dəstəkləyir və diktaturaların qlobal cənubda demokratiyalara qarşı hərəkətinə mərc edir. Son illər Rusiya hökumətinin nümayəndələri ilə HƏMAS rəhbərliyi arasında bir neçə görüş keçirilib. Rusiya kölgədə böyük rol oynayır, həm İrana, həm də HƏMAS-a pul və silah verir”, – Şönenbax vurğulayıb.
Ekspert Rusiya və İran raketlərinin Suriya ərazisindən fələstinli yaraqlılara çatdırılmasına da aydınlıq gətirib. Dubayda isə Rusiya və İranın agentləri terrorizmin maliyyələşdirilməsi də daxil olmaqla, birgə çirkli pulları yuyurlar.