2024-cü il fevralın 21-də ölkəmizdə səfərdə olan Keniya Respublikasının Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.
Qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov iki ölkə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq perspektivlərinə toxunaraq, gələcəkdə bu əlaqələrin daha da gücləndiriləcəyini diqqətə çatdırıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Keniyanın Baş prokuroru Renson İnqonqa ölkələrimiz arasında əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilməsindən məmnun olduğunu qeyd edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Mənbə: supremecourt.gov.az
Digər SİYASƏT xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az