AZ

Əhmədli kəndində sakinlərlə səyyar qəbul keçirilib

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov oktyabrın 11-də Əhmədli kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Vüqar Məmmədov səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb. Son dövrlər ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən, Qarabağ bölgəsində aparılmış lokal xarakterli antiterror tədbirlərindən və əldə olunmuş nəticələrdən bəhs edib, Prezident cənab İlham Əliyevin oktyabr ayının 2-də 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışından bəzi mesajları iclas iştirakçılarının nəzərinə çatdırıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Hüseynov Namiq Həsən oğlu odun yanacağı ilə təmin olunmasına kömək edilməsi, Quliyev Hüsaməddin Famil oğlu yararsız elektrik dirəklərinin yenisi ilə əvəz olunmasına, Tağıyev Şöhrəddin Əli oğlu kəndə təbii qaz xəttinin çəkilməsini, Qurbanov Şöhrət Yaqub oğlu kəndə əlavə su xəttinin çəkilməsi, Quliyev Xeyrəddin Kamal oğlu isə Mollahəsənli-Əhmədli yolunun təmir olunmasını xahiş edib.
Səyyar qəbulda sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
image-1 image-2 image-3 image-4 image-5
Seçilən
147
49
ulusal.az

10Mənbələr