AZ

“Azərbaycanın yaratdığı yeni reallıqlar regional əməkdaşlıq üçün əlverişli şərait yaradıb”

Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüsey Əmir-Abdullahian arasında telefon danışığı olub.

Rusiyanın Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, nazirlər Cənubi Qafqazda mövcud vəziyyəti müzakirə edib. Onlar Cənubi Qafqaz üzrə “3+3” Məşvərət Regional Platforması çərçivəsində birgə işlərin tezliklə bərpa olunmasının tərəfdarı olduqlarını diqqətə çatdırıblar.

“3+3” formatında regional əməkdaşlıq Vətən müharibəsindən dərhal sonra Türkiyə və Azərbaycan prezidentlərinin birgə təşəbbüsü ilə irəli sürülüb.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev bildirib.

O qeyd edib ki, belə bir əməkdaşlıq formatı post- müharibə dövründə bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından bu kifayət qədər səmərəli və faydalı bir başlanğıc idi: “Lakin o zaman Ermənistan, Gürcüstan və İran bu təşəbbüsə lazımı dəstəyi vermədilər. Keçən 3 ildə ərazidə baş verən hadisələr də bir daha göstərdi ki, sülhə və əməkdaşlığa alternativ yoxdur.

Xüsusilə də az öncə separatçılar tərəfindən Qarabağda yaradılmış və 30 ildən çox qeyri-qanuni fəaliyyət göstərmiş qondarma qurumun ləğv olunması ərazidə yeni reallıqlar yaratdı. Bu günkü reallıqda regional əməkdaşlıq üçün daha əlverişli şərait yaranıb. Odur ki, bölgə dövlətləri arasında qarşılıqlı münasibətlərin  “3+3” formatında inkişaf etdirilməsi yenidən gündəmə gəlib. Belə bir əməkdaşlıq bütün bölgə dövlətlərinin maraqlarına uyğundur. Eyni zamanda belə bir əməkdaşlıq formatı bölgədən kənar güc mərkəzlərinin Cənubi Qafqaza təsir və təzyiq imkanlarını çox məhdudlaşdırır. Hələlik Ermənistandan  başqa digər 5 dövlətin belə bir formatda əməkdaşlığa maraq göstərdiyi müşahidə olunur. Ermənistan isə hələ də öz nicatını xarici güclərin bölgəyə cəlb edilməsində görür və “3+3” formatında əməkdaşlıqla bağlı aydın və birmənalı mövqe göstərmir. Bu məsələdə Ermənistanın qeyri-konstruktiv yanaşması təəssüf doğurur”.

Seçilən
291
1
ulusal.az

2Mənbələr