AZ

Dünyanın ən böyük buz sahəsi əriyir

Antarktidada dəniz buzları ardıcıl üçüncü ildir ki, ən aşağı səviyyəyə enib. Qitə ətrafında üzən buzların sahəsinin 2 milyon kvadrat kilometrdən aşağı düşdüyü müəyyən edilib.
Trend xəbər verir ki, сənub yarımkürəsində yerləşən və Cənub qütbünü ehtiva edən Antarktika qitəsi qlobal istiləşməyə ən çox məruz qalan ərazidir. Qlobal istiləşmə nəticəsində Antarktidanın buzlaqları əriyir və dəniz səviyyəsini yüksəldir. Yeni araşdırmalara görə, Antarktidada dəniz buzlaqları ardıcıl üçüncü ildir ki, ən aşağı səviyyəyə düşüb və bu da “ani kritik keçid”ə işarə edir.
Antarktidada dəniz buzunun peyklə ölçülməsinə 1979-cu ildə başlanılıb. Ərimə həddi 2022-ci ilə qədər nəzərə çarpacaq dərəcədə pozulmamışdı. Lakin son 3 ildə bu həddi keçib və buz kütləsi ən aşağı səviyyəyə enib. ABŞ Milli Qar və Buz Məlumat Mərkəzinin yeni məlumatları təsdiqləyir ki, son üç il qitə ətrafında üzən dəniz buzunun ərimə miqdarı ən aşağı göstərici və rekord həddədir.
Qeyd edək ki, Antarktidanın dəniz buzları hər fevral ayında qitənin yay mövsümü səbəbindən əriyirdi, lakin bu qədər ərimə müşahidə olunmamışdı.

Seçilən
659
1
xalqcebhesi.az

2Mənbələr