AZ

Ərdoğan göstəriş verdi: Türkiyə HƏMAS-la danışıqlara başladı

Türkiyə HƏMAS liderləri ilə məhbusların azad edilməsi ilə bağlı danışıqlar aparır.

Ulusal.az xəbər verir ki, bu barədə “Habertürk” telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.

“İsrail və HƏMAS arasında gərginlik hər saat artsa da, məlum olub ki, Türkiyə girovlarla bağlı HƏMAS-la danışıqlar aparır”, – telekanal qeyd edir.

Bu məlumatlara görə, daha əvvəl bölgədə gərginliyin artmasının qarşısının alınmasının vacibliyini bəyan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da girov məsələsi ilə bağlı danışıqlar prosesinin aparılmasına göstəriş verib.

Oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə nüfuz ediblər.

Seçilən
159
50
ulusal.az

10Mənbələr