AZ

İnternet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin hәcmi artıb

2023-cü il әrzindә internet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin hәcmi 2022-ci illә müqayisәdә 12 faiz artaraq 227,7 milyard manat, mobil bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin hәcmi isə 2 dəfə artaraq 46,2 milyard manat olub.
Trend Mərkəzi Bankın illik “Rəqəmsal Ödənişlər İcmalı”na istinadla bildirir ki, ötən il bank müştәrilәrinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmәlәrin ümumi sayı 363,6 milyon әdәd, hәcmi isә 379,3 milyard manat tәşkil edib.
Aparılan köçürmәlәrin say üzrә 85,9 faizi (312,2 milyon әdәd), hәcm üzrә isә 79,6 faizi (301,8 milyard manat) mәhz rәqәmsal bankçılıq vasitәsilә reallaşdırılıb.

Seçilən
597
xalqcebhesi.az

1Mənbələr