AZ

Qarabağ qazisi: “Ermənilərə güvənmirəm, onlarla birgə yaşaya bilmərəm”- FOTO

“Mən ermənilərlə bir yerdə yaşamaq istəmirəm!”

Ulusal.az xəbər verir ki, bu sözləri Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu öz sosial şəbəkə hesabında yazıb.

O paylaşımına bu sözləri əlavə edib:”Mən Qarabağda ermənilərlə bir yerdə yaşamaq istəmirəm! Evimi, yurdumu dağıdıblar, 30 il məni, ailəmizi, Qarabağlıları çöllərə salıblar! Dövlət müstəqilliyimizi təhdid ediblər, suvernliyimizi pozublar! Körpələrimizə belə rəhm etməyiblər! Şıxbablaıda qəbristanlığmızı bulduzerlə kürüyüblər! Sözlə izah edə bilmirəm tam. Yurdu dağıdılanlar, xaraba qalanlar, əzizləri şəhid olanlar bilər nə deyirəm.

Qarabağ məsələsini biz başlamamışıq! Ermənilər başlayıb! İllər keçəcək yenə başlayacaq! Mən bunu istəmirəm! Eşidirsinizmi?! İstəmirəm! Qayıtmasınlar Qarabağa! Cəhənnəm olub getsinlər Fransaya, Rusiyay, İrana! Bu mənim şəxsi fikrimdi!

FOTO: Mənim dağıdılıan, yağmalanan, yandırılan yaralı yurdum – Ağdam rayonunun Şıxbabalı kəndi!”

 

Qeyd edək ki, Qarabağ qazisi əvvəlki çıxışlarında da ermənilərə güvənmədiyini dilə gətirmişdi: Ermənilərin verdiyi xəritələrə güvənmək olmaz.İkinci bir tərəfdən, onların verdikləri xəritələr elə uzaqdan görünən ərazilərdir. Onsuz da Ağdamda, Füzulidə, Suqovuşanda, həmin istiqamətlərdə hərəkət edəndə o minalar görünür. Düşünmürəm ki, erməninin verdiyi xəritələr ərazilərin minalardan təmizlənməsi prosesinin tezləşdirilməsinə köməklik edə bilər. Çünki qeyd etdiyim kimi, o xəritələrə güvəniləsi deyil”.

Seçilən
97
1
ulusal.az

2Mənbələr