AZ

Qriboyedovla Abbas Mirzənin söz “döyüşü”

Bilirdinizmi ki, Türkmənçay müqaviləsinin imzalanması ərəfəsində şahzadə Abbas Mirzə ilə diplomat A.Qriboyedov arasında sərt danışıqlar olub?
Rusiya-İran müharibələrinin başa çatması ərəfəsində diplomatik danışıqlar başlanır. 1827-ci il iyulun 21-də İranın Qaraziyaəddin kəndi yaxınlığında Fətəli şahın oğlu Abbas Mirzə ilə Paskeviçin nümayəndəsi

A.Qriboyedov görüşür.
Həmin danışıqlardan fraqmentlər:

Qriboyedov:
– Biz İrəvan və Naxçıvan əyalətlərini keçərək Araza çatmışıq. Abbas-Abadı tutmuşuq, mən oradan göndərilmişəm.

Abbas Mirzə:
– Tutduq! Aldıq! Abbas-Abadı sizə arvaddan betər qorxaq kürəkənim təslim etdi!
Danışıqlar daha bir saat da bu ruhda davam edir və Qriboyedov Rusiya hökumətinin şərtlərini sadalayır.

Abbas Mirzə:
– Budur sizin şərtləriniz! Siz İran şahına öz təbəəniz kimi göstəriş verirsiniz! Naxçıvanı, İrəvan əyalətini istəyirsiniz, pul, təzminat tələb edirsiniz… Siz harda görübsünüz ki, İran şahı başqa hökmdarın təbəəsi olsun? O, özü başqalarına tac paylayır. İran hələ ölməyib…

Qriboyedov:
– İranın xoşbəxt və şərəfli günləri olub… Mən sizə böyük hökmdar Napoleonun adını çəkə bilərəm ki, Rusiya hüdudlarında cəngə girişdi və bununla taxt-tacını itirdi…

Abbas Mirzə:
– Amma əsl qəhrəman oldu! Son nəfəsinə qədər müdafiə olundu. Lakin siz ümumdünya işğalçısı kimi hər yeri tutmaq istəyirsiniz, bizim vilayətləri almaq istəyirsiniz, pul tələb edir, heç bir qeyd-şərt qəbul etmirsiniz…

P.S. Türkmənçay müqaviləsi bundan təxminən 7 ay sonra imzalanacaqdı…

Firuz Mustafa

 Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi

Seçilən
287
1
ulusal.az

2Mənbələr