AZ

UNEC, GDU, ADAU, MDU və ATU arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. Trend:

UNEC, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət AqrarUniversiteti, Mingəçevir Dövlət Universiteti və AzərbaycanTexnologiya Universiteti tərəfindən hər il Gəncə Yaşıl İqtisadiyyatForumunun keçirilməsi barədə Anlaşma Memorandumunun imzalanmasıməqsədilə görüş keçirilib.

Onlayn keçirilən görüşdə Kənd təsərrüfatı nazirinin müaviniİlhamə Qədimova, Ekologiya və təbii sərvətlər nazirinin müaviniVüqar Kərimov, Azərbaycan Respublikasının BirinciVitse-Prezidentinin Katibliyinin baş məsləhətçisi Elmar Məmmədov,İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasətşöbəsinin müdiri Hüseyn Hüseynov, UNEC-in rektoru professor ƏdalətMuradov, GDU-nun rektoru professor Yusif Yusibov, millət vəkili,GDU-nun prorektoru, dosent Pərvin Kərimzadə, ADAU-nun rektorudosent Zəfər Qurbanov, MDU-nun rektoru dosent Şahin Bayramov vəATU-nun rektoru v.i.e., dosent Yaşar Ömərov çıxış ediblər.

Birinci Vitse-Prezidentin Katibliyinin baş məsləhətçisi ElmarMəmmədovun moderatorluğu ilə keçirilən görüşdə iştırakçılarAzərbaycanda ilk dəfə reallaşdırılacaq bu təşəbbüsün əsas hədəfininiqlim dəyişmələri ilə mübarizə, yaşıl iqtisadiyyata keçid, yaşılartım üzrə dünya təcrübəsinin öyrənilməsi, eləcə də bu istiqamətdəinsan kapitalının inkişaf etdirilməsi, professor-müəllim heyəti vətələbələr tərəfindən elmi tədqiqatların aparılması, yaşılstartapların yaradılması, “yaşıl” sektorların inkişaf etdirilməsi,dövlət-özəl “yaşıl” tərəfdaşlığının təşviq edilməsi, beynəlxalqəməkdaşlığın inkişaf etdirilməsi, habelə “ağıllı yaşıl keçid”inmüəyyən edilməsi işinə töhfə verməkdən ibarət olduğunu bildiriblər.Çıxış edənlər forumun Gəncə şəhərində keçirilməsinin təsadüfiolmadığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin tapşırığı ilə ölkəmizdə ilk yaşıl şəhər layihəsinin məhzGəncədə reallaşdırıldığını və şəhərin Avropa Yenidənqurma vəİnkişaf Bankının yaşıl şəhərlər proqramında uğurla iştirak etdiyinidiqqətə çatdırıblar.

İştirakçılar Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilinölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasınınəhəmiyyətini xüsusi vurğulayaraq, keçiriləcək ilk forumun da məhzhəmin çərçivəsində təşkil olunacağını qeyd ediblər. Bildiriblər ki,Gəncə Yaşıl İqtisadiyyat Forumu 5 İyun - Ümumdünya ətraf mühitgünündə öz işinə başlayacaq və hər il 5-7 iyun tarixlərində Gəncəşəhərində təşkil olunacaq. Ölkəmizin digər universitetləri dəForumun üzvlüyünə qoşula biləcəklər.

Sonra ümumi tələbə sayı 40.000 nəfərə yaxın olan 5 tərəfdaşuniversitetin rəhbərləri arasında layihənin reallaşdırılmasıməqsədilə Anlaşma Memorandumu imzalanıb.

UNEC,
UNEC,
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
9
az.trend.az

10Mənbələr