AZ

Bakıda “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq

Kənd Təsərrüfatı Nazirliyi Novruz bayramı ilə əlaqədar 9-19 mart tarixlərində “Kənddən Şəhərə” yarmarkası təşkil edəcək...Poliqon bu barədə nazirliyə istinadən xəbər verir.Məlumata görə, yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək və fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır. Yarmarkanın əsas üstünlüklərindən biri məhsulları fermerlərin özünün birbaşa satışa çıxarmasıdır.“Kənddən Şəhərə” Novruz yarmarkasında satışa çıxarılacaq məhsulları yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər alıcılara təqdim edəcək. Yarmarkada ümumilikdə 25-dək regiondan 50-dən çox fermerin iştirakı gözlənilir. Fermerlər 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında keçiriləcək yarmarkada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər.Poliqon.info

Seçilən
724
3
poliqon.az

4Mənbələr