AZ

Ulu Öndər Heydər Əliyevin siyasi irsi bu gün də aktualdır - Kamaləddin Qafarov

Bakı. Trend:

1994-cü il mayın 21-də Zuğulbadakı Pansionatda müvəqqətiməskunlaşan qaçqınlarla görüşü zamanı çıxış edən Ümummilli Liderdemişdir: “Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır.Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticəçıxarmağı bacarasan.” Təəssüflər olsun ki, Azərbaycan xalqısəriştəsiz, təcrübəsiz və biliksiz insanların ölkəyə rəhbərliketmələrinin hansı acı nəticələrə gətirib çıxardığını öztəcrübəsindən yaxşı bilir. Müstəqilliyin ilk illərində məhzbelələrinin “səyləri” nəticəsində Azərbaycan özünün xaricisiyasətində tam iflasa uğramış, beynəlxalq aləmdən təcridvəziyyətinə düşmüşdü. Əgər 1993-cü ildə Ulu Öndər xalqın səsinə səsverib ölkədə siyasi hakimiyyətə qayıtmasaydı, bütün baş verənlərAzərbaycanın bir dövlət olaraq süqutu ilə nəticələnəcəkdi.

Bu sözləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinidövlətimizin xarici siyasətində prioritet istiqamət kimi hər zamanönə çəkdiyini vurğulayaraq deyib:

“Ümummilli Lider Azərbaycan-Türkiyə münasibətlərinə hər zamanxüsusi önəm vermiş, qardaş ölkə ilə əlaqələrin inkişafını xaricisiyasətin prioritet istiqaməti kimi müəyyən etmişdir. 1998-ci ildəTürkiyə Cümhuriyyəti yaradılmasının 75-ci ildönümü münasibətiləqardaş ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmiqəbulda söylədiyi nitqində Ulu Öndər bu münasibətlərin tarixiköklər əsasında formalaşdığını vurğulayaraq demişdir: “Türkiyə iləAzərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələrdostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizimmüştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz,dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütünbunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıb,bu gün də dostluğumuzun, əməkdaşlığımızın əsasını təşkil edir.” Bugün də Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bütün Türkdünyasına bir örnəkdir. Türkiyə Respublikasının Prezidenti RəcəbTayyib Ərdoğanın bu il qardaş ölkədə keçirilmiş prezidentseçkilərindən az müddət sonra, iyun ayının 12-13-də Azərbaycanasəfər etməsi də ölkələrimiz arasında olan birlik və qardaşlığınbütün regionda sabitlik, inkişaf və sülhə xidmət edən çox mühümbeynəlxalq amil olduğunu və bu amilin mahiyyətini bir daha qabarıqşəkildə bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidenti İlhamƏliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ciil iyunun 15-də Şuşada imzalanan “Azərbaycan Respublikası iləTürkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqındaŞuşa Bəyannaməsi” isə, iki qardaş ölkə arasında tariximünasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bu mühüm tarixiəhəmiyyət kəsb edən sənəd ölkələrimiz arasındakı müttəfiqlikəlaqələrini yeni səviyyəyə qaldırmaqla regionda sülhə vəinteqrasiyaya yol açmış oldu”.

K.Qafarov dünyada hegemonluğa can atan, öz məqsədləri naminədaha zəif ölkələrə təzyiq göstərməyə çalışan böyük dövlətlərinikili standartlar siyasətinin hər zaman Heydər Əliyev tərəfindənqətiyyətlə pisləndiyini qeyd edib:

“Ulu Öndərin qətiyyəti və cəsarəti dünyanın ən görkəmli siyasiliderləri tərəfindən dəfələrlə təsdiq olunub. Bu cəsarətin ən barizgöstəricilərindən biri kimi, Ümummilli Liderimizin hələ 1990-cıildə, Bakıda törədilmiş 20 Yanvar faciəsinə sərt reaksiya verərəkSSRİ rəhbərliyini kəskin formada tənqid etməsini və ən əsası da,bunu məhz sovet imperiyasının paytaxtında, Moskvada etməsinigöstərmək olar. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdədə bu prinsipial mövqeyindən heç zaman geri çəkilməmişdir. 1997-ciilin 15 yanvar tarixində, Fransanın paytaxtı Paris şəhərində buölkədə akkreditə olunmuş xarici jurnalistlərin suallarınıcavablandırarkən Heydər Əliyev demişdir: “Biz beynəlxalq,dövlətlərarası münasibətlərdə ədalətin olmasını istəyirik. Biz hərhansı böyük ölkənin öz nüfuzundan istifadə edərək hansısa kiçik birölkəyə təzyiq göstərməsinin əleyhinəyik.” Bu gün də Azərbaycan özxarici siyasətində Ulu Öndərimizin müəyyən etdiyi bu əsasprinsipləri hər zaman rəhbər tutur. Ölkə Prezidenti İlham Əliyevinən mötəbər beynəlxalq təşkilatlarda, ən nüfuzlu sammit vətoplantılarda etdiyi qətiyyətli və prinsipial çıxışları, ilknövbədə, elə Fransanın özü kimi haqsız və ədalətsiz mövqelərdə olanölkələrin rəhbərlərinin siyasətlərinin ifşasına və iflasına xidmətedir”.

Məqalədə:
Seçilən
193
11
az.trend.az

10Mənbələr