AZ

Rusiya “yol xəritəsi”ni hazırlayıb Türkiyəyə göndərdi: İmzalanan kimi…

Rusiya qaz qovşağının yaradılması üçün “yol xəritəsi” hazırlayıb Türkiyəyə göndərib.

Ulusal.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak “RT Arabic”ə müsahibəsində deyib.

“Hazırda bu layihə müzakirə olunur, “yol xəritəsi” hazırlanıb və türkiyəli tərəfdaşlara göndərilib, indi onu nəzərdən keçirirlər. İmzalanan kimi tədbirlər planına uyğun olaraq həyata keçiriləcək”.

Novak qeyd edib ki, layihə ilk növbədə Türkiyədə elektron qaz ticarəti platformasının yaradılmasını nəzərdə tutur. “Orada bir çox təchizatçı var, o cümlədən Rusiya – ən böyüklərdən biridir, lakin Türkiyə və Avropa ölkələri də daxil olmaqla, çoxlu istehlakçılar var. Aydındır ki, onların qiymət kotirovkalarını yaradan öz elektron birjası, elektron ticarəti olmalıdır”, – Novak deyib.

Seçilən
250
1
ulusal.az

2Mənbələr