Dünya və mövcud beynəlxalq sistemin əsasını təşkil edən hüquq daha bir nonsens vəziyyətlə üzə-üzə qalıb. Azərbaycan torpaqları işğal altında olan zaman susanlar və işğalçı Ermənistana heç bir təzyiq etməyənlər indi “ayılıb” və erməni maraqlarının müdafiəsi məqsədilə “beynəlxalq hüquqdan”, “humanitar missiyalar”dan bəhs edirlər.
Və ən çox gülünc vəziyyətə düşən dünyanı ən ali orqanı olaraq qəbul edilən BMT-dir. Çünki nə Azərbaycan torpaqlarının işğalı faktına dair məlum və məşhur 4 qətnaməsini icra edən, nə işğal dövründə işğalçının törətdiklərinə səs çıxaran Birləşmiş Millətlər Təşkilatında erməni maraqlarının müdafiəsi naminə günlərdir müzakirələr aparılır, Beynəlxalq Məhkəmədə Azərbaycana qarşı iddialar səsləndirilir.
Hazırda baş verənlər Cənubi Qafqazda siyasi maraqlar mübarizəsinin tərkib hissəsidir. 44 günlük müharibədən sonra bölgədə dəyişən reallıqlar 24 saatlıq antiterror tədbirləri nəticəsində tamamlandı və indiyə qədər “Qarabağ kartı”ndan istifadə edən qüvvələr fakt qarşısında qalıb. Xüsusilə Ermənistan və Qərbdə Fransa başda olmaqla onu dəstəkləyənlər müxtəlif cəhdlərlə bu reallıqları dəyişmək, bölgədə maraqlarını təmin etməyə çalışırlar. Beynəlxalq hüququ da, BMT-ni də siyasi maraqlarının alətinə çeviriblər.
BMT-nin Qarabağa “missiya” göndərmək istəyi də məhz bölgədəki maraq mübarizəsindən qaynaqlanır.
- Ermənistan bu “missiya” vasitəsilə Azərbaycana qarşı “etnik təmizləmə”, “deportasiya” kimi iddialarını isbatlamaq niyyətindədir;
- Fransa başda olmaqla Ermənistanı dəstəkləyənlər “missiya” adı altında Azərbaycan ərazilərinə müdaxilə etməyi planlaşdırırlar;
- Yekun hədəf Qarabağda məhv edilmiş erməni separatizmini yenidən cücərtmək, Cənubi Qafqaz üzərində qurduqları oyunları bu rıçaqlar üzərindən təmin etməkdir;
Azərbaycanın gedişi bu qüvvələrin oyununu pozdu. Azərbaycan Qarabağda müşahidənin aparılmasında BMT-nin Bakı ofisi ilə işləmək niyyətindədir. Azərbaycan missiyanın fəaliyyəti üçün bütün şəraiti yaratdı və artıq bölgəyə iki dəfə səfər edilib. Səfərin nəticələri ilə bağlı yekun bəyanat da Qarabağdakı reallıqlara uyğundur.
Azərbaycanın BMT-nin Bakı ofisi ilə işləmək istəyi beynəlxalq hüquqa uyğundur.
Birincisi, missiya bizim ərazilərimizdə müşahidələr aparır və üçüncü tərəflər bu prosesə müdaxilə etməməlidir;
İkincisi, bununla Qarabağ üzərində üçüncü tərəflərin siyasi oyunlarının qarşısı alınır;
Ermənistanı və havadarlarını narahat edən də bu məqamdır. Və görünür, öz maraqları naminə BMT-ni Azərbaycana qarşı alət olaraq istifadə etmək istəyirlər.
Burada əsas tənqid hədəfi də məhz BMT olmalıdır. Çünki 30 illik işğal dövründə bu təşkilat harada idi? Nə üçün işğal altındakı torpaqlara missiya göndərmirdi?
Azərbaycan I Qrabağ müharibəsindən sonra BMT, UNESCO kimi təşkilatların bölgəyə missiya göndərməsi məsələsini dəfələrlə qaldırıb, müraciətlər edib. 30 ilə yaxın işğal dövründə BMT bunu etmədi və əsas kimi işğalçı Ermənistanın icazə verməməsi gətirildi. Halbuki, işğalçıya beynəlxalq müstəvidə təzyiq edilə və missiyanın göndərilməsinə nail ola bilərdilər. Lakin etmədilər, çünki maraqlarına uyğun deyildi.
İşğal edilmiş ərazilərdə hər şey – şəhərlər, qəsəbələr, kəndlər Yer üzündən silindi, Azərbaycanın maddi-mədəni irsi talan olundu və məhv edildi. Həmin müddətdə BMT bütün buları görməzdən gəldi, heç bir cəhd belə etmədi.
44 günlük müharibədən sonra Azərbaycan BMT və UNESCO kimi təşkilatların azad edilmiş ərazilərə səfər etməsi, erməni vandalizminin faktlaşdırılmasını təklif edirdi, lakin yenə eyni mövqe sərgiləndi. Əgər işğal dövründə işğalçı ölkə bölgəyə missiya göndərilməsinin qarşısını alırdısa, işğaldan sonra bu təşkilatların önünü nə kəsirdi?!
Bu fakt beynəlxalq müstəvidə sərgilənən ikili yanaşmanın daha bir faktıdır və bunu gizlətmək belə istəmirlər. Əvəzində 30 ildən artıqdır səssizliyini qoruyan BMT bu gün Azərbaycanda monitorinq aparmaq istəyir. Hansı üzlə, hansı əsasla?!
Azərbaycan xalqının BMT-dən haqlı tələbi var: Əgər təşkilat bölgəyə missiya göndərmək istəyirsə, o zaman, fəaliyyətinə daha əvvəldən başlamalı, 30 illik işğal dövründə məhv edilən maddi-mədəni irsimizi araşdırmalı, 1 milyon qaçqın və məcburi köçkünün probleminə, mina probleminə diqqət yetirlməli, Qərbi Azərbaycandan deportasiya edilən azərbaycanlıların hüquqlarını təmin etməlidir.
Asif Nərimanlı
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less