İsrail Müdafiə Ordusu Qəzzanın şərqində əməliyyatlara başlayıb.
Ulusal.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrail ərazidə tanklarla əməliyyat keçirir. Artıq Əl-Şücayyə bölgəsi atəşə tutulub.
Zərərçəkənlər barədə məlumat hələ ki yoxdur.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.