AZ

Qazaxıstan və Azərbaycan arasında yükdaşımaları 1,5 dəfə artıb - Satcan Ablaliyev

Orta Dəhlizlə yükdaşımalarının həcminin artırılması planlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Satcan Ablaliyev Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının 2-ci iclasında deyib.

Onun szölərinə görə, Qazaxıstan və Azərbaycan arasında yükdaşımaları 1,5 dəfə artaraq, 4,3 milyon tona çatıb:

"Həmçinin Orta Dəhlizlə yükdaşımaları artır. Ötən il dəhlizlə yük daşımaları 65 faiz artıb.

Bu il yükdaşımalarının daha da artırılaraq, 4,2 milyon tona çatdırılması planlaşdırılır. Bir sıra şirkətlər dəmir yolu daşımalarına endirimlər əldə edir ki, bunun sayəsində də yükdaşımalarının həcmi artır. Həmçinin Çin konteynerləri ilə daşımalarda 3 dəfə artım müşahidə olunur".

Fuad Mədətov
Fins.az

Seçilən
390
2
fins.az

10Mənbələr