Ermənistan Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində özünü tərəfdaş kimi aparmır.
Ulusal.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasda çıxışı zamanı deyib.
“Xatırladıram ki, MDB-nin yaradılmasında əsas məqsəd Sovet İttifaqının dağılmasından sonra əlaqələrin kəsilməsinin qarşısını almaq idi. Birincisi, Gürcüstan bizim assosiasiyadan çıxdı, de-fakto Ukrayna bizimlə deyil. Moldova ilə bağlı böyük suallar var. Təəssüf ki, Ermənistan həmişə özünü tərəfdaş kimi aparmır”, – deyə o, bildirib.
Lukaşenko bu prosesin kənardan sakit müşahidə oluna bilməyəcəyini vurğulayaraq əlavə edib ki, əks halda MDB “sadəcə parça-parça olacaq”.
Xatırladaq ki, oktyabrın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.