AZ

Ali Məhkəmənin və apellyasiya məhkəmələrinin hakimləri Türkiyədə səfərdə olublar - FOTO

2024-cü ilin martın 3-dən 9-dək Türkiyə Respublikasının Ali Məhkəməsi (Yargıtay) ilə təcrübə mübadiləsi proqramı çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri və apellyasiya instansiyası məhkəmələrinin Mülki kollegiya sədrlərindən ibarət nümayəndə heyəti Türkiyədə səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca və Türkiyənin Baş prokuroru Bəkir Şahin tərəfindən qəbul edilib. Görüşdə iki qardaş ölkənin məhkəmə-hüquq sahəsində əməkdaşlığı istiqamətində görülən işlər yüksək qiymətləndirilib. 

Sonra hakimlərimiz türkiyəli həmkarları ilə vərəsəlik, əsassız varlanma, mənəvi ziyanın tutulması, ər-arvadın ümumi əmlakının bölünməsi, habelə mülki hüququn digər sahələri ilə bağlı məhkəmə təcrübəsi ətrafında qarşılıqlı fikir mübadiləsi aparıblar. 

Nümayəndə heyəti tərəfindən Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbir və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Ankara şəhərindəki abidəsi ziyarət edilib. 

 

 

Mənbə: supremecourt.gov.az

Aqreqator
Seçilən
154
supremecourt.gov.az

1Mənbələr