“MDB ideyası SSRİ-nin süqutu ərəfəsinə təsadüf edirdi. Hesab edirdilər ki, MDB SSRİ-nin bir başqa şəkildə saxlamaq formasıdır. Ancaq bu gözlənilən gözləntiləri vermədi. Azərbaycan müstəqilliyimizin ilk illərindən MDB-dən imtinası bir çox faciələrə yol açdı. Ulu öndər Heydər Əliyevin ilk addımı MDB-yə üzv olması idi. Heç kim deyə bilməz ki, bu günə qədər MDB-dən bizə hər hansı bir ziyan gəlib”- bu fikirləri Azərbaycan Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.
Millət vəkili əlavə edib ki, Azərbaycan bütün platformalarda müzakirələrə açıqdır.
“Azərbaycana zərərli olan lahiyələrdə iştirak etmir. Azərbaycanımız bu lahiyələrdən fayda götürmək üçün bu təşkilatlara üzv olur. Biz bu tipli təşkilatlardan həm iqtisadi, həm də siyasi fayda götütməyə üçün çalışmalıyıq. Və buna da nail oluruq. Bizim 1991-ci ildə etdiyimiz səhfləri bu gün Ermənistan edir. Ona görə biz bu platformalardan mümkün qədər daha çox fayda götürmək üçün çalışmalıyıq.”- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videomatrealda: