AZ

"Sosial şəbəkələrdə yayıldı deyə belə oldu" - 7 yaşlı Fəridi öldürən məşqçinin son sözü

Xəbər verdiyimiz kimi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məşq zamanı yeddi yaşlı Fərid Bakarovu öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə M. Xəlilov 19 il azadlıqdan məhrum edilib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən yekun iclasda təqsirləndirilən idmançı son sözü deyib.

Müttəhim Mehman Xəlilov son sözündə azyaşlını qəsdən öldürmədiyini deyib.

"Mənim o, uşağa qarşı nə qərəzim ola bilərdi? Mən onu bilərəkdən öldürməmişəm. Fərid mənim ən sevdiyim tələbəm olub. Onun üçün canımı da verərdim. Kim kameralar altında adam öldürər? Bu hadisə istəmədən başıma gəlib. Bədbəxt hadisədir. Mənim üçün şeytan, o uşaq üçün əcəl gəldi. Məlum video sosial şəbəkələrdə yayıldı deyə belə oldu".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
32
4
milli.az

4Mənbələr