AZ

“Lerik” Lənkəranda çökdü, “Şəmkir” əliboş qaldı

Azərbaycan II Liqasında VII tura start verilib.

Sportinfo.az xəbər verir ki, “Lerik” Lənkəranda “Şahdağ Qusar” tərəfindən darmadağın edilib.

“Şəmkir” isə dogma azarkeşləri önündə “Şəki”yə uduzub.

"Lerik" - "Şahdağ Qusar" 1:4

Qollar: Famil Dostiyev, 61 - İlqar Hüseynov, 9 (pen), Rubin Seyidov, 45, Ruslan Ağalarov, 47, Mehdi Rəsulov, 90

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Asif Abdullayev, Mahmud Bağırzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Lənkəran OİK stadionu, 14:30

"Şəmkir" - "Şəki Siti" 1:2

Qollar: Tural Vəlizadə, 23 (pen) - Ravil Yusifli, 37, Osman Soltanov, 77

Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Oruc Həsənov, Elvin Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şəmkir OİK stadionu, 15:00

N Klublar O Q H M T-F X
1 Baku Sportinq 6 5 0 1 16-6 15
2 Sheki City 7 5 0 2 13-9 15
3 Şahdağ Qusar 7 4 1 2 18-7 13
4 Göygöl 6 4 1 1 18-13 13
5 Füzuli 6 4 1 1 12-9 13
6 Cəbrayıl 6 4 0 2 14-13 12
7 Qusar 6 3 1 2 16-9 10
8 Dinamo 6 3 0 3 17-11 9
9 Kür-Araz 6 3 0 3 13-12 9
10 Lerik 7 2 1 4 11-13 7
11 Ağdaş 6 1 3 2 8-7 6
12 Şəfa 6 1 0 5 8-22 3
13 Şəmkir 7 1 0 6 9-27 3
14 Kürmük Qax 6 0 0 6 7-22 0

Bombardirlər:

Ülvi Quliyev ("Baku Sportinq") - 9 qol
Ravil Yusifli ("Sheki City") - 7 qol
Vüqar Əşrəfli ("Göygöl") - 6 qol
Sərxan Ağayev ("Qusar") - 6 qol
Valeh Seyidov ("Dinamo") - 6 qol
Elvin Nəsibov ("Cəbrayıl") - 5 qol
Tural Qurbatov ("Şahdağ Qusar") - 5 qol
Röyal Nəcəfov ("Baku Sportinq") - 5 qol

phrase_var_article.chosen
399
1
sportinfo.az

10phrase_var_article.sources