AZ

Ərdoğanın sülh təklifində nələr var? – Mətn yayıldı

Tarix: 22 Mart 2024 19:22

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan sülhün əldə olunması üçün ABŞ, Ukrayna, Rusiya və Türkiyə arasında birgə bəyanat imzalanması təklifini verib.
Milli.Az axar.az-a istinadla xəbər verir ki, belə bir iddia ilə "Legitimnıy" (Легитимный) Teleqram kanalı çıxış edib.
Kanal bəyanatın mətnini də yayıb.
ABŞ, Rusiya (və Ukrayna) Türkiyənin vasitəçiliyi ilə:
- Bütün dünya üçün strateji və qlobal əhəmiyyət kəsb edən məsələlər, o cümlədən strateji və nüvə silahlarına nəzarət üzrə ikitərəfli məsləhətləşmələri bərpa etmək;
- Kütləvi qırğın silahlarından istifadə və ya istifadə hədəsini, başqa dövlətlərin daxili işlərinə müdaxiləni istisna etmək;
- START müqaviləsini (NATO Rusiya və ABŞ arasında imzalanan Yeni Strateji Silahların Azaldılması Müqaviləsi) müddəti bitməmiş tam həcmdə bərpa etmək və bu müddət ərzində müqavilənin daha genişləndirmiş formasını imzalamaq üçün nüvə silahına malik olan digər dövlətlərlə danışıqlar aparmaq (məqsəd İngiltərə, Fransa və Çini bu müqaviləyə cəlb etməkdir);



- 2024-cü ilin sonundan gec olmayaraq, digər dövlətlərin daxili işlərinə müdaxiləyə görə dövlətlərin, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyəti haqqında BMT Konvensiyasının razılaşdırılmış layihəsini birgə hazırlayıb baxılmaq üçün təqdim etmək;
- 2024-cü ilin sonundan gec olmayaraq yoxsulluğun azaldılması və kütləvi miqrasiyanın qarşısının alınması haqqında BMT Konvensiyasının razılaşdırılmış layihəsini baxılmaq üçün təqdim etmək;
- 2024-cü ilin sonundan gec olmayaraq onlar Qlobal Ekoloji Fondun fəaliyyətinin təkmilləşdirilməsinə dair BMT Konvensiyasının razılaşdırılmış layihəsini birgə hazırlayıb baxılmaq üçün təqdim etmək".
Milli.Az

Seçilən
596
2
sonxeber.net

3Mənbələr