AZ

Xərçəngə qarşı yeni bioloji preparat yaradıldı

Ostindəki Texas Universitetinin amerikalı alimləri immun sisteminin xərçəng xəstəliyinə qarşı mübarizə qabiliyyətini bərpa edən PEG-MTAP adlı bioloji preparat hazırlayıblar.

Publika.az xəbər verir ki, tədqiqatın nəticəsi “Cancer Cell” elmi jurnalında dərc olunub.

Xərçəng xəstəliyinin bir çox növləri DNT-nin 9p21 adlı bir hissəsini çıxarır. Bu, melanoma, mezotelyoma, beyin xərçənginin bəzi növləri və sidik kisəsi xərçəngində müşahidə olunur.

Məlumata görə, 9p21-in çıxarılması adətən xəstələrin sağalma şansını azaldır və xəstəliyi immunoterapiyaya davamlı edir, çünki xərçəng xəstəliyi hüceyrələri immun hüceyrələrin fəaliyyətinə mane olan MTA adlı zəhərli birləşmə əmələ gətirir.

Seçilən
207
12
publika.az

7Mənbələr