AZ

İstehsal artıb, qiymət isə ucuzlaşmır

Tikinti materiallarının istehsalı sahəsində 2024-сü ilin yanvar-fevral aylarında istehsalın ümumi dəyəri 173,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,1 faiz artıb.“Cebhe.info” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövr ərzində beton istehsalı 59,7 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 50 faiz, sement istehsalı 29,8 faiz, tikinti gipsinin istehsalı isə 23,1 faiz artmışdır. 2024-cü ilin yanvar-fevral aylarında 546,7 min ton sement istehsal edilmişdir. 2024-cü ilin yanvar-fevral aylarında 58,5 min ton armatur istehsal edilmişdir. İstehsal ötən ilin eyni dövrü ilə müqayisədə 85,1% artıb. Maraqlıdır,  ölkəmizdə tikinti materallarının qiyməti ucuzlaşacaq? Mövzu ilə bağlı iqtisadçı-ekspert Vüqar Qocayev “Cebhe.info”-ya bildirib ki, istehsalat artarsa, tikinti materiallarının qiyməti ucuzlaşa bilər:“Ölkəmizdə tikinti materiallarının istehsalında canlanma müşahidə olunur. Bu cür tendensiya müsbət addımdır. Lakin daxili bazara nə qədər təsir edəcəyi hələlik məlum deyil. Bazarda tikinti materiallarının- sement, armatur, gips və digər materialların istehsalı davamlı şəkildə artacağı halda qiymətlər ola bilsin 10-15 faiz ucuzlaşsın. Ancaq qiymətlərin ucuzlaşacağını dəqiq müəyyənləşdirmək hələlik mümkün deyil”. Ekspert qeyd edib ki, artan istehsal Qarabağda quruculuq işləri üçün daha çox istifadə olunacaq:“Armaturun, betonun, gipsin və digər istehsalı artan tikinti materiallar işğaldan azad olunmuş zonalarda quruculuq işləri üçün yönəldiləcək. Bu baxımdan daxili bazarı təmin etmək üçün istehsalatı yenə artırmağa zərurət yaranacaq. Ancaq istənilən halda daxili bazarda öz təsirini göstərmiş olacaq”. İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, tikinti materiallarının istehsalının artması daxili bazarda qiymətlərin ucuzlaşmasına gətirib çıxarmayacaq:“İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri görülməsi üçün beton, sement və digər tikinti materiallarına ciddi tələbat var. O baxımdan istehsal nə qədər artsa da daxili bazarda təəssüf ki, tikinti materialların qiyməti ucuzlaşmayacaq.Çünki artan istehsal həcminin miqdarı ölkə tələbatını tam qarşılayacaq gücdə deyil. Ancaq istənilən halda istehsalatın artması müsbət haldır. Nəqədər artacaqsa, bir o qədər də yaxşıdır”. Həsən Məmmədov 
“Cebhe.info”

Seçilən
576
cebheinfo.az

1Mənbələr