AZ

İran İŞİD adı altında əfqan müxalifləri həbs edib

İran polisi Tehran yaxınlığındakı Kərəc şəhərində Əfqanıstan Milli Müqavimət Cəbhəsi komandirinin qohumlarını “İŞİD-in yüksək rütbəli üzvləri” ittihamı ilə həbs edib.

Əfqanıstan Milli Müqavimət Cəbhəsinə yaxın olan mənbələr bildiriblər ki, məhbuslar əslində Əfqanıstanın hakim Taliban ekstremistləri ilə müharibədə olan Əfqanıstan Milli Müqavimət Cəbhəsinin öldürülən komandirinin qohumlarıdır.

Əfqanıstanın “Haşt-e Subh” qəzetinin istinad etdiyi mənbələrə görə, İranda həbs olunanlar Talibanın təhdidləri ilə İrana sığınan Əfqanıstan Milli Müqavimət Cəbhəsinin öldürülən komandiri Xeyrməhəmməd Əndərabinin qohumlarıdır.

İran polisinin sözçüsü “İŞİD-in yüksək rütbəli üzvü və əməliyyat komandiri” kimi təsvir edilən Məhəmməd Zakerin (Rameş olaarq bilinən) və digər iki üzvü ilə birlikdə Məhdəşt, Kərəcdə həbs olunduğunu elan etmişdir. Polis iddia edib ki, həbslər “geniş kəşfiyyat səyləri” nəticəsində həyata keçirilib və bayram zamanı planlaşdırılan hücumların qarşısı alınıb.

Bununla belə, Əfqanıstan Milli Müqavimət Cəbhəsinə yaxın mənbələr saxlanılanların İŞİD-lə heç bir əlaqəsinin olmadığını iddia edir. İran polisi tərəfindən Məhəmməd Zaker kimi tanınan Məhəmməd Rameş Adelin 2022-ci ilin dekabr ayının sonlarında Talibanla döyüşdə öldürülən Əfqanıstan Milli Müqavimət Cəbhəsinin yüksək rütbəli komandiri Xeyrməhəmməd Əndərabinin ögey oğlu olduğu bildirilir.

Tehran rejiminin bu iddialarından sonra jurnalist Jila Baniyaqub araşdırma apararaq faktlar aşkarlayıb. Jurnalist şənbə günü araşdırmanın sonunda bu nəticəyə gəlib: "Kərəcdə bir taksi sürücüsü sərnişinlərinin İŞİD üzvü olduğundan şübhələnib, polisə məlumat verir; hüquq-mühafizə orqanları onları həbs edir və bir neçə saat sonra İŞİD liderlərini həbs etdiklərini elan edir".
İran rejimi hələ ki, iddialara cavab verməyib.

visiontv.az



Seçilən
343
17
visiontv.az

10Mənbələr