AZ

Ölkəmizdə elektrik mühәrrikli avtobuslar istehsal olunacaq - NAZİRLİKDƏN AÇIQLAMA

Sumqayıt Kimya Sәnaye Parkında Çinin “BYD Company Limited” şirkәti ilә әmәkdaşlıq çәrçivәsindә elektrik mühәrrikli avtobusların istehsalına başlanılacaq. Layihә üzrә ehtiyat hissәlәrinin istehsalının lokallaşdırılması mәqsәdilә yerli potensialın reallaşdırılması imkanları araşdırılır.İqtisadiyyat Nazirliyindən bildirilib ki, nәqliyyat sisteminin daha tәhlükәsiz, ekoloji cәhәtdәn tәmiz olması vә atmosferә atılan tullantıların azaldılması Azәrbaycanın dayanıqlı inkişafının hәdәflәrindәndir. Bu mәqsәdlә İqtisadiyyat vә Rәqәmsal İnkişaf vә Nәqliyyat nazirliklәri tәrәfindәn ölkәmizin avtobus parkının yenilәnmәsi istiqamәtindә işlәr görülür. Azәrbaycanda avtobus parkının yerli istehsal hesabına tәmin edilmәsi mәqsәdilә Çinin “BYD Company Limited” (BYD) şirkәti ilә әmәkdaşlığa başlanılır. BYD şirkəti təqdim edilən təkliflər əsasında Çin, Rusiya və Macarıstanın bu sahə üzrə ixtisaslaşmış 9 şirkəti arasından seçilib.Mətləb

Seçilən
826
7
sesqazeti.az

10Mənbələr