AZ

OpenAI Tokyo-da ilk Asya ofisini açdı

Süni intellekt chatbot ChatGPT-nin yaradıcısı OpenAI, Yaponiyanın paytaxtı Tokioda Asiya regionunda ilk ofisini açıb.
Facemark.az xarici mənbələrlə istinadən xəbər verir ki, yeni ofis OpenAI məhsullarından və mürəkkəb biznes proseslərinin avtomatlaşdırılmasından yararlanan Toyota, Rakuten və Daikin kimi korporativ müştərilərlə əlaqəni sürətləndirəcək.
Açıqlamada qeyd olunub ki, şirkət Yaponiya bazarı üçün yapon dili üçün optimallaşdırılmış, mətnləri hazırkı modeldən daha sürətli tərcümə edən və ümumiləşdirən xüsusi chatbot istifadəyə verib.
Firma yeni ofisi vasitəsilə korporativ xidmətlər, o cümlədən müştəri dəstəyi təklif etməyi və Yaponiya daxilində idarəetmə sistemi qurmağı planlaşdırır.

Seçilən
209
facemark.az

1Mənbələr