AZ

Sərhədçilərimiz Əskipara çayının sahilində yerləşdiriləcək - Paşinyan razılaşıb

Bu gün Nikol Paşinyan Tavuşda insanlara Azərbaycan tərəfi ilə daha bir razılaşma əldə etdiyini bildirib. Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Tavuşdan olan deputatı Qarnik Danielyan bildirib. Razılaşmaya görə, Azərbaycan sərhəd qoşunları ərazidəki çayın yaxınlığında yerləşdiriləcək: "Voskerparda (Əskipara - red.) kilsədən bir az aşağıda çay var. Paşinyan bildirib ki, orada sərhəd qoşunları yerləşdirilməlidir, lakin yolun daha aşağısında. O, azərbaycanlılarla 100 faiz deyil, 90 faiz yazılı və ya şifahi şəkildə razılaşdığını deyib". Qeyd edək ki, Paşinyanın nəzərində tutduğu çay Əskipara çayıdır. Coqas çayının (Ağstafa çayı hövzәsi) sol qolu olan bu çayın uzunluğu 28 km-dir. Çay Quqaras silsilәsinin yamacından (1850 m hünd.-dәn) başlanır. /unikal

Seçilən
687
1
bakivaxti.az

2Mənbələr