AZ

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silahlar aşkarlanaraq götürülüb

DİN:

Bakı, 23 aprel, AZƏRTAC

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi sahəsində tədbirlər davamlı olaraq həyata keçirilir.

Daxili İşlər nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 22-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 tüfəng və 8 patron təhvil götürüblər.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər də davam etdirilir.

Seçilən
273
6
azertag.az

10Mənbələr