AZ

Akademik Zərifə Əliyevanın anadanolmasının 101 illiyinə həsr olunmuş “Oftalmologiyanın müasir aspektləri” mövsusunda Beynəlxalq Elmi-praktik konfrans

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli OftalmologiyaMərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətininbirgə təşəbbüsü ilə 28 aprel 2024-cü il tarixindəAkademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş “Oftalmologiyanın müasiraspektləri” adlı Beynəlxalq Elmi-praktik konfranskeçiriləcək.





“Yeni Gundem”-ə verilən məlumata görə, konfransın keçirilməsində əsas məqsədoftalmologiya sahəsində baş verən yeniliklərdən, oftalmologiyanın aktual məsələlərindən danışmaqdır. Qeyd edək ki, bu konfranslar mütəmadi xaraktgerdaşıyır. Konfransda Milli Oftalmologiya Mərkəzinin vərespublikanın digər alimləri və oftalmoloqları özməruzələri ilə çıxış edəcəklər.
Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademikZərifə Əliyevanın  oftalmologiya elminin inkişafındamüstəsna xidmətləri var. O, vaxtilə Azərbaycandageniş yayılmış traxomanın, dünya təcrübəsindəbirincilər sırasında peşə, xüsusilə kimya və elektronsənayelərində peşə fəaliyyəti ilə bağlı gözxəstəliklərinin öyrənilməsi, profilaktikası vəmüalicəsinə, habelə oftalmologiyanın müasirproblemlərinə dair bir çox sanballı tədqiqatlarınmüəllifidir.  “Gözün və görmə siniri yolunun yaşlaəlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamiksisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözünpatologiyası”, “Oftalmologiyanın aktual problemləri” və bu kimi digər monoqrafiyaları çap edilib. Ümumiyyətlə onun 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifləri var idi. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarıhazırlanmasına böyük əmək sərf etmişdir.​
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmloloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımov konfransı açıq elan edəcək.
Konfrans moderatorlar Dr. Ceyhun Nəzərli, t.e.d. Müşfiq Kərimov, t.e.d. Tural Qəlbinur, t.ü.f.d. Qurban Ismayilov, t.ü.f.d. Сəmil Həsənov, t.ü.f.d. Rafadar Xəliliov, Dr. Xəlil Hüseynov və t.ü.f.d. Lalə Axundovatərəfindən həyata keçiriləcək.
QEYD: Konfransda “Zirvələrə yüksələn zərif insan ömrü”, “Difraktif ve EDOF göz içi lensleri, kime hangi IOL?”, “Принципы ортокератологии: механизмы действия и клинические результаты”, “Vitreoretinal cərrahiyyədə retinektomiyanın tətbiqi”, “Gözdaxili linzalarda yeni era”, “ROP fəsadları və müalicəsi”, “Kosmetologiyada istifadə olunan lazer cihazlarının görmə orqanına zədələyici təsiri ”, “Использование склеральных линз в сложных случаях аметропии: проблемы, решения, перспективы”, “Viral uveitin müasir risk faktorları” və s. mövzularında çıxışlar dinləniləcək. Konfransda həmçinin Rusiyadan, Türkiyədən və digər müəssisələrdən və mərkəzdən həkim heyəti iştirak edərək, öz təqdimatları ilə məruzəedəcəklər.
Qeyd edək ki, tədbir 28 aprel 2024, saat: 10:00, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi. Bakı şəh., 6-cı mikrorayon., Cavadxan küç., 32/15
Əlaqə: Mob: (+994) 508919451, (012) 5682890. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsi. E-mail: [email protected]

Seçilən
518
yenigundem.az

1Mənbələr