AZ

Mərkəzi Bankın sədri MÜHÜM QƏRAR İMZALADI

Mərkəzi Bankın İdarə Heyəti “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nın təsdiq edib.


Azsabah.com xəbər verir ki, AMB sədri Taleh Kazımov bu barədə qərar imzalayıb.


 

Qeyd edilib ki, bu Qayda sığorta ehtiyatlarını təmin edən aktivlərin diversifikasiya səviyyəsi, etibarlılığı, investisiyaya yönəldilməsi, rentabelliyi, likvidliyi, tərkibi və digər keyfiyyət meyarları nəzərə alınmaqla, sığorta ehtiyatlarının tərkibini, formalaşdırılması və sığorta ehtiyatlarında təkrarsığortaçıların payının hesablanması qaydalarını, həmçinin katastrofik risklərin meyarlarını tənzimləyir.


 


İcbari sığorta növləri üzrə sığorta ehtiyatları “İcbari sığortalar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla bu Qaydaya uyğun olaraq hesablanır.

Seçilən
738
20
azsabah.com

10Mənbələr