Bərpa olunan enerji sahəsi kütləvi artım mərhələsindədir.
Günəş və külək enerjisinin quraşdırılması qiymətləri sürətlə yüksəlir , texnologiyanın inkişafı ilə elektromobillərin satışı artır, qiymətlər daha da rəqabətədavamlı olur, hökumətlər təmiz enerjiyə keçid üçün müxtəlif dövlət proqramları hazırlayırlar.
Bərpa olunan enerjinin artması planet üçün müsbət hal olsa da, bu inkişaf özü ilə bəzi problemləri də gətirir. Bu problemlərdən biri və bəlkə də ən böyüyü litium-ion batareyalar, günəş panelləri və külək turbinləri kimi komponentlərin istismar müddətini başa vurduqdan sonra əmələ gələn tullantılardır.
Bu məhsullar zəhərli metallar, yağ və optik liflər kimi ekologiya üçün təhlükəli olan müxtəlif materiallardan ibarətdir.
Texnologiya nəhənglərinin və ümumilikdə dünyanın bu sahədə sürətli artıma fokuslanması tullantıların yaranması ilə bağlı problemlər üçün adekvat planlaşdırma ehtiyacını kölgədə qoyub.
Analitiklər hesab edir ki, dəqiq idarəetmə strategiyası olmasa yaşıl enerji texnologiyaları planetimizə eynilə ənənəvi məhsullar kimi gözlənilməz yük olacaq. Avropa Ətraf Mühit Agentliyinin (EEA) hesablamalarına görə, təmiz enerji infrastrukturundan yaranan tullantıların növbəti 10 il ərzində 30 dəfə artacağı proqnozlaşdırılır. 2030-cu ilədək qalvanik panellərin tullantıları 3000 %, külək enerjisi infrastrukturunun tullantıları 200%, enerji saxlancları tullantıları 600% artacağı gözlənilir.
Bu, həm ətraf mühitə ziyan, həm də əldən verilmiş iqtisadi fürsətdir. Bərpa olunan enerji komponentlərinə təkrar emal olunaraq istifadə oluna bilən qiymətli materiallar ( litium, kobalt və s.) daxildir. Mütəxəssislər təibətə dəyən zərəri minimuma endirmək üçün çıxış yolunu tullantıları təkrar emal edib, yenidən istifadə etməkdə görürlər.
Bəs, buna nə mane olur?
Əsas problem təkrar emal sənayesinin hələ də son dərəcə kiçik olmasındadır. İstismar müddəti bitmiş yaşıl enerji komponentlərini zibil paliqonlarına atmaq onları təkrar emal etməkdən ucuz başa gəldiyindən, təkrar emal sənayesi ona alternativ ola bilmir.
Təbiətdə bərpa olunan enerji tullantılarını azaltmaq üçün emal texnologiyalarının təklillşdirilməsi üçün tədqiqat, investisiya qoyuluşu və dövlət dəstəyi mühümdür.