Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Debit.az quruma istinadən xəbər verir ki, 2023-cü il iyunun 1-nə MR ərazisində 1 816 ədəd yeni nəsil NKA quraşdırılıb.
Cari ilin yanvar-may aylarında bu NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 62,6 milyon manatdan artıq, təkcə may ayında isə ilin əvvəli ilə müqayisədə 3,5 dəfə çox olub.
Oxundu: 105