Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.
Yarımfinalın ilk cavab qarşılaşmasında PSJ öz meydanında Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək. Matç saat 23:00-dan etibarən "CBC Sport"la canlı yayımlanacaq.
Komandalar arasında Almaniyada keçirilən ilk oyunda "Borussiya" 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yarımfinalın digər cavab görüşündə sabah “Real” “Bavariya”nı qəbul edəcək. Bu komandaların ilk oyununda isə 2:2 hesabı qeydə alınmışdı.
7 may
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsinin cavab oyunu
23:00 PSJ (Fransa) – "Borussiya Dortmund" (Almaniya)
İlk oyun 0:1
8 may
23:00."Real Madrid" (İspaniya) - "Bayern Münhen" (Almaniya)
İlk oyun - 2:2