"Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub.
Bakıvaxtı.az xəbər verir ki, final matçında komanda “Baku Fire”la üz-üzə gəlib.
Bakı İdman Sarayında baş tutan görüşün əsas hissəsi 5:5 hesabı ilə yekunlaşdığından komandalar əlavə vaxt oynayıblar. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyası baş tutub.
Burada isə “Araz-Naxçıvan” rəqibini 5:4 hesabı ilə məğlub edib.