Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.
Yarımfinal mərhələsinin cavab oyununda "Real Madrid" İspaniyada Almaniyanın "Bayern Münhen" kollektivini qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçın baş hakimi polşalı Şimon Marçinyak olacaq.
Münhendəki ilk matçda heç-heçə qeydə alınıb - 2:2. Qalib finalda Almaniyanın "Borussiya Dortmund" komandasına rəqib olacaq.
Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 1-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.