AZ

Bu ölkə ilə ticarət dövriyyəmiz 7 dəfə artdı

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib. Bolqarıstan Azərbaycanın Avropa Birliyində əsas tərəfdaşlarından biridir. Son illər iki ölkə arasında iqtisadi və ticari əlaqələrin daha da dərinləşməsi müşahidə olunur.
Aktual.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
Onun sözlərinə görə, iki ölkə arasındakı ticarət dövriyyəsi 2023-cü ildə 510.9 milyon dollar olub:
"Bu əvvəlki ilə nisbətən 57 faiz artım deməkdir. 2021-ci il ilə müqayisədə isə ölkələr arasındakı ticarət dövriyyəsi 7 dəfə artıb. Bu, illər üzrə rekord göstəricilərdəndir.
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (İGB) vasitəsi ilə ötən il Bolqarıstana yarım milyard kubmetr qaz nəql edilib. Bu rəqəm 2024-cü ildə 1 milyard kubmetrədək yüksələcək. İxracatın daha sonra 1.5 milyard kubmetrədək artacağı gözlənilir. İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər. Mərkəzi, Şərqi Avropa enerji təhlükəsizliyini daha çox Azərbaycanın mavi qazı hesabına gücləndirmək niyyətindədir.
Göründüyü kimi, ölkələr arasındakı strateji əməkdaşlıq dinamik inkişaf edir. Qarşılıqlı rəsmi səfərlər bu əməkdaşlığın daha da dərinləşməsinə töhfə verməkdədir”.
Seçilən
152
5
aktual.az

8Mənbələr