Müharibə Araşdırmaları İnstitutu Rusiyanın nüvə silahından istifadə imkanlarını qiymətləndirib
ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu Rusiyanın nüvə silahından istifadə etmək imkanlarını qiymətləndirib.
Aktual.az xəbər verir ki, bu barədə institutun son hesabatında bildirilib.
Qeyd olunub ki, Rusiyanın Ukraynadakı döyüş meydanında və ya başqa bir yerdə taktiki nüvə silahından istifadə etmək ehtimalı çox aşağıdır: "Rusiya rəsmiləri, ehtimal ki, sadəcə Qərbin Ukraynaya davam edən hərbi dəstəyini əngəlləmək üçün blef edirlər”.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahı aviasiya və dəniz qüvvələrinin iştirakı ilə Cənub Hərbi Dairəsinin raket birləşmələri ilə təlimlərin keçirilməsinə hazırlığa başlayıb. Təlim zamanı qeyri-strateji nüvə silahlarının hazırlanması və tətbiqi üzrə təcrübə keçmək üçün bir sıra tədbirlər həyata keçiriləcək.