28 min pulu bu vədlə ələ keçirdi, həbs edildi
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq edən paytaxt sakini Sədulla Seyfullayevi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Aktual.az-a verilən məlumata görə, onun zərərçəkmişə həbsdə olan qohumunun azad olunmasına köməkliklər edəcəyi ilə bağlı yalan vədlər verərək 28000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin cinayət işi başlanılıb, S.Seyfullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polisə məlumat verə bilərlər.