AZ

Bu imtahanları da elektron formata keçirəcəyik

Dövlət İmtahan Mərkəzinin yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər.
Aktual.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu günə qədər mərkəzin keçirdiyi 45 növ imtahanın 21-i elektron formada olub:
"Elektron imtahanlarda isə keçən il 7000 nəfər iştirak edib. Bundan sonra həmin nisbətlər yavaş-yavaş dəyişəcək. Dövlət qulluğuna qəbul üçün keçirilən imtahanların hamısı bundan sonra elektronlaşdırılacaq".
DİM sədri bildirib ki, təkcə regional bölmələrlə yox, müxtəlif ali məktəblər, tədris mərkəzləri ilə əlaqə yaradılacaq və kütləvi imtahanlar da elektron formata keçiriləcək.
"Bu həftədən imtahanlar başlayacaq. Yüksəliş müsabiqəsinin onlayn sessiyası mayın 13-dən etibarən burada 5 gün ərzində baş tutacaq", - M.Abbaszadə əlavə edib.
Seçilən
55
37
aktual.az

10Mənbələr