Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya
Rusiya Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mayın 10-da Almatıda keçirilməsi planlaşdırılan görüşünü alqışlayır.
Aktual.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.
"Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə kömək etməyə davam etməyə hazırıq”, - Zaxarova bildirib.
XİN rəsmisinin sözlərinə görə, bu gün Vladimir Putinlə Nikol Paşinyan arasındakı danışıqların gündəmində Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi məsələləri olacaq.