Zelenski istefa verəcək, müharibə bitəcək - Makqreqor
Kiyev rejimi artıq bir neçə ildir ki, çöküşdədir və bu, Ukrayna Prezidenti Vladimir Zelenskinin istefası ilə başa çata bilər.
Aktual.az xəbər verir ki, bu sözləri Pentaqon rəhbərinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor deyib.
"Düşünürəm ki, Ukrayna hökuməti artıq bir neçə ildir ki, ləng, lakin qəti şəkildə parçalanma vəziyyətindədir. Belə görünür ki, Zelenskinin istefaya göndəriləcəyi ehtimalı çox yüksəkdir”, - o bildirib.
Makqreqor əlavə edib ki, Zelenskinin istefası ilə bu dəhşətli münaqişə sona çata bilər.