Azərbaycanda bu iki idarə birləşir - Əmr
Dövlət Su Ehtiyatlar Agentliyinin (ADSEA) tabeliyindəki "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə məxsus iki idarə birləşir.
Aktual.az xəbər verir ki, bununla bağlı ADSEA-nın sədri Zaur Mikayılov əmr imzalayıb.
Əmrə əsasən, Lənkəran Melioservis İdarəsi Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinə birləşir.