AZ

Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə…

Putin çox güman ki, həm Paşinyan, həm də indiki Ermənistan hakimiyyətinin siyasəti haqqında düşündüyü hər şeyi deyib.
Aktual.az xəbər verir ki, bu sözləri erməni politoloq Vigen Akopyan Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya lideri Vladimir Putin arasında 8 mayda Kremldə baş tutan görüşlə bağlı qeyd edib.
Onun fikrincə, görüşün ictimaiyyətə qapalı hissəsində Putin Paşinyanın Rusiyanı ictimai tənqid etməsinə münasibət bildirib:
"Yəni bu, Putinin Rusiyanın mövqeyini ifadə etdiyi görüş idi. Görüş cəmi bir saat çəkdi, bu da kifayət qədər az müddətdir. Bu o deməkdir ki, iştirakçıların danışacaq xüsusi heç nəyi olmayıb. Ya hər şey artıq görüşə qədər müzakirə olunub, yaxud çox güman ki, əsasən, Putin danışıb”.
Rusiya sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılmasına dair razılaşmaya gəlincə, politoloqun fikrincə, bu, hərbi-siyasi sahədə ciddi problemlərdən xəbər verir:
"Ola bilsin ki, Putin özü diplomatik addım atıb - o, İran və Türkiyə sərhədindən sərhədçilərin və ya 102-ci hərbi bazanın çıxarılmasını təklif edib. Paşinyan isə hələlik buna ehtiyac olmadığını deyib”.
Ekspert hesab edir ki, Ermənistanın KTMT-yə üzvlüyü məsələsinin də müzakirə olunduğunu güman etmək olar:
"Ehtimal ki, Putin Paşinyana açıq mətnlə KTMT-dən çıxacağı təqdirdə Ermənistanın Aİİ-yə üzvlüyünü məqsədəuyğun hesab etmədiyini deyib”.
Seçilən
384
39
aktual.az

10Mənbələr