AZ

BMT bu gün Fələstinlə bağlı mühüm qərar verəcək

BMT Baş Assambleyası Fələstinin qurumun tamhüquqlu üzvü olmaq istəyini dəstəkləməyə hazırlaşır.

7Times.az  xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, bu gün səsverməyə çıxarılacaq qətnamə layihəsi fələstinlilərə 2024-cü ilin sentyabrından BMT üzvləri arasında iclas zalında yer kimi əlavə hüquqlar və imtiyazlar verəcək.

Bildirilib ki, BMT-nin tamhüquqlu üzvü olmaq üçün ərizə əvvəlcə Təhlükəsizlik Şurası, sonra isə Baş Assambleya tərəfindən təsdiqlənməlidir.

Bu səsvermə fələstinlilərə qlobal dəstək rolunu oynayacaq.

Seçilən
157
7
nocomment.az

10Mənbələr