AZ

Blinken İsrailə qarşı hesabat hazırlayır

ABŞ Dövlət katibi Entoni Blinken Konqresə İsraili Qəzzadakı hərəkətlərinə görə tənqid edən hesabat təqdim etməyi planlaşdırır.
Aktual.az xəbər verir ki, bu barədə "Axios” portalı rəsmi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
"Hesabatda İsrail ordusunun iştirak etdiyi insidentlər sadalanacaq. Blinken Vaşinqtonun İsrailin hərəkətlərindən narazılığını vurğulayacaq. O, beynəlxalq humanitar hüququn pozulması və ya fələstinlilərə humanitar yardımın çatdırılmasında maneələr təsdiqlənərsə, İsrailə hərbi yardımın dayandırılmasının mümkünlüyünü açıqlayacaq”, - məlumatda deyilir.
Seçilən
106
2
aktual.az

3Mənbələr