Sərnişin avtobusu çaya düşdü: ölənlər var
Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusu Moyka çayına düşüb.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin şəhər və vilayət üzrə Baş İdarəsinin mətbuat xidməti bildirib.
Hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilib.
Məlumata görə, avtobusda təxminən 20 nəfər olub.
Hadisə yerinə 18 texnika və 70 xilasedici cəlb edilib.